AK-74M
AK-74M (Mənası:(rus. Автомат Калашникова 74 (AK-74) Mодернизированный) (Azərbaycanca: Avtomat Kalaşnikov 74 (AK-74) Modernizasiyası)), 1994-cü ildə Mixail Kalaşnikov tərəfindən yaradılmış avtomatdır. Kalaşnikov avtomatlarının AK modellərinin günümüzdəki təmsilçisi olan bu silah Rusiya Silahlı Qüvvələrinin 1994-cü ildən bəri əsas avtomat silahı hesab olunur. AK-74 avtomatlarının modernizasiya edilmiş versiyasıdır. İlk dəfə AK-74M avtomatlarında AK-74 avtomatlarında istifadə edilmiş 5.45x39 mm-lik güllələrdən istifadə edilmişdir. Bu silahı AK-74 avtomatından ayıran xüsusiyyətləri isə aksesuarları (qundağ, qəbzə və əl qundağı), süngüsü və silahın standart görünüşündə belə sabit görünən qatlanan qundağın olmasıdır. Sökülməsi AK seriyasında olduğu kimidir.
İstehsalçı ölkə: SSRİ/ Rusiya
İstehsalçı firma: İjmaş
Növü: avtomat
İstehsal tarixi: 1994 – davam edir
İstismar tarixi: 1994– davam edir
== Aksesuarları ==
Snayper durbini, gecə durbini, termal kamera, optik nişangah, lazer hədəfləyici, qumbaraatan, süngü, taktiki fənər, səsboğucu
== Modelləri ==
AK-74M: Standart model.
AK-105: AK-74M-in qısa lüləli modeli.